ELANLAR

4399

Londonda “Böyük Britaniya - Azərbaycan yüksək texnologiyalar” forumu keçiriləcək

23 İyun 2014 - 12:00
Londonda “Böyük Britaniya - Azərbaycan yüksək texnologiyalar” forumu keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İyun ayının 23-də Londonda “Qlobal İnternet İdarəçilik Forumu”nun Nazirlər toplantısı öz işinə başlayıb.

Toplantıda Böyük Britaniya mədəniyyət, rabitə və kreativ sənaye nazirinin və “Qlobal İnternet İdarəçilik Forumu” baş katibinin dəvəti ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. 

”ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, iyun ayının 24-də nazir Əli Abbasov Böyük Britaniya hökumət rəsmiləri və bir sıra texnoloji şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək, iyunun 25-də isə “Böyük Britaniya - Azərbaycan yüksək texnologiyalar” forumu öz işinə başlayacaq. 

Forumda 30-dan çox Azərbaycan və Böyük Britaniya şirkətləri iştirak edəcək, qarşılıqlı əlaqələr və gələcək perspektivlər müzakirə olunacaq.