ELANLAR

4710

Almaniyada doktorantura təhsili və elmi-tədqiqat imkanları

06 İyun 2014 - 11:00
Almaniyada doktorantura təhsili və elmi-tədqiqat imkanları, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Alman Akademik Mübadilə Xidməti (DAAD - Deutscher Akademischer Austauschdienst) və AMEA İnformasiya Texnologiyaları İnstitutu 18 iyun 2014-cü il tarixdə “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfrans və “Elmi-tədqiqata ilk addım” mövzusunda təlim seminarı təşkil edir. 

Konfrans: “Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları”

Konfransda Almaniyada doktorantura təhsili almaq və ya elmi-tədqiqat işi aparmaq üçün qəbul prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat veriləcək. Konfransda doktorantlar, dissertantlar, gənc alimlər və magistratura tələbələrinin iştirakı nəzərdə tutulur. 

QEYDİYYAT: Tədbirdə iştirak etmək istəyənlərin 10 iyun 2014-cü il tarixinə qədər qeydiyyatdan keçməsi zəruridir. 

• Konfrans ingilis dilində aparılacaq. 

• Sertifikat: Konfransda iştirakla bağlı sertifikat verilməsi nəzərdə tutulmayıb. 

Təlim seminarı: Elmi tədqiqata ilk addım

Təlim seminarında tədqiqat işinin ilkin planlaşdırılması, elmi ədəbiyyata çıxış, tədqiqat nəticələrinin nəşri, tədqiqat layihəsinin yazılması, Almaniyadan elmi rəhbər təyin edilməsi, DAAD təqaüdləri və qrantlarına müraciət qaydaları haqqında təlim keçiriləcək. 

• Təlim Seminarı “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfransın davamı olduğundan təlimdə iştirak üçün əvvəlcə konfransda iştirak etmək zəruridir. 

• Qeydiyyat üçün

• “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfransda iştirak etmək üçün buradan qeydiyyatdan keçin.

• Təlim seminarında iştirak etmək üçün qeydiyyatdan keçin. Bunun üçün Almaniyada aparmaq istədiyiniz elmi-tədqiqat işi haqqında qeydiyyat formasını (application form) doldurub DAAD Bakı ofisinə (e-mail: info@daad.baku.az ) göndərin. 

• Təlimdə iştirakınız təsdiqləndiyi halda sizə DAAD rəhbərliyi tərəfindən dəvət məktubu göndəriləcək. 

• Qeydiyyat üçün son tarix: 10 iyun 2014-cü il

• Sertifikat: Təlim seminarında tam iştirak edənlərə sertifikat veriləcək. 

• Dil: Təlim ingilis dilində aparılacaqdır. 

Zəruri məlumatları yükləmək mümkündür: 

Konfransın proqramı 

• Təlim seminarının proqramı

© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.ikt.az saytına istinad zəruridir.