12-15 sentyabr 2023-cü il tarixlərdə Rusiyanın Kursk şəhərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransı keçiriləcək.
Tədbir Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, REA-nın A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, Belarus Dövlət Universiteti, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi, Oş Dövlət Universiteti və Cənub-Qərb Dövlət Universiteti tərəfindən təşkil edilir.
Artıq 7-ci ildir ki institutun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və s. daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.