ELANLAR

2461

“Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

12 İyun 2021 - 09:14
“Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Naxçıvan Dövlət Universitetində 21 iyun 2021-ci il tarixdə “Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransın əsas məqsədi vahid təhsil-informasiya sisteminin yaradılması, informasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq sisteminin və resurs mərkəzinin yaradılması, təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradılması, tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının yaradılması, təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması, təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid informasiya infrastrukturunun yaradılması, informasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi yollarının müəyyənləşdirilməsidir.

Tədbirdə informasiya cəmiyyətində təhsil, informasiya texnologiyalarının təhsildə rolu, İKT-nin təhsildə tətbiqi, distant təhsil texnologiyası, avtomatlaşdırılmış təhsil sistemləri və onların tətbiqi, İnternet şəbəkəsinin didaktik funksiyaları, təhsildə istifadə olunan İKT avadanlığının didaktik xüsusiyyətləri, İKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadr hazırlığı, hibrid təhsil, ali təhsildə rəqəmsal çevrilmə və Sənaye 4.0-ın təhsil sisteminə tətbiqi mövzularında müzakirələr aparılacaq.

Elmi konfransda iştirak etmək üçün məqalələri 14 iyun 2021-ci il tarixinə qədər müvafiq tələblərə uyğun olaraq, elmitedbirlerndu@gmail.com e-poçt ünvanına göndərmək tələb olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.