ELANLAR

3005

Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09 Sentyabr 2020 - 16:55
Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

18 sentyabr 2020-ci il tarixdə saat 11:00-da AMEA-nın Humanitar Elmlər BölməsiFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə  Milli Transliterasiya Sistemi və “Transliterasiya” veb-por­ta­lının onlayn təqdimatı keçiriləcək.

Xatırladaq ki, AR Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Azərbaycan Milli Elmlər Akademiyasına aidiyyəti üzrə dövlət təşkilatları ilə birgə milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması  həvalə edilmişdir.

Ölkə Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Slavyan UniversitetiAzərbaycan Dillər Universitetinin mütəxəssisləri ilə birgə ingilis, fransız, italyan, alman, rus, fars və digər dillərin əlifbaları arasında transliterasiya cədvəlləri tərtib edilmiş və həmin cədvəllər əsasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən “Transliterasiya” veb-portalı hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.