20 dekabr 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Avropa elm və təhsil qurumlarının nümayəndələrinin iştirakı ilə LOLA (LOw LAtency – aşağı gecikməli) sisteminin daimi istismara verilməsi məqsədilə rəsmi açılış mərasimi keçiriləcək. “Ənənələri birləşdirək” devizi altında keçirilən bu tədbirdə LOLA texnologiyası və R&E şəbəkələri ilə bağlanan Bakı və Tallin (Estoniya) sənətçilərinin çıxışları yer alacaq.
Qeyd edək ki, konsert Şərq tərəfdaşlığı ölkələrini maliyyələşdirilən EapConnect layihəsi çərçivəsində baş tutacaq. Tədbirə Azərbaycanda AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm və təhsil şəbəkəsi, Tallində isə EENet Estoniya tədqiqat və təhsil şəbəkəsi tərəfindən texniki dəstək göstəriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.