07-08 noyabr tarixlərində Hindistanın Çennai şəhərində “CII Connect 2019” – beynəlxalq informasiya texnologiyaları sərgi-konfransı keçiriləcək.
Bu tədbiri Hindistan Sənaye Konfederasiyası, Tamilnad ştatının rəhbərliyi, Hindistanın Proqram Təminatı Texnologiyaları parkları birgə həyata keçirir.
“CII Connect 2019”-da informasiya texnologiyaları, rəqəmsal infrastruktur, dayanıqlı və iqtisadi inkişaf sahəsində əldə olunan ən son nailiyyətlər nümayiş olunacaq.
Beynəlxalq sərgi-konfrans çərçivəsində İrlandiyanın, İsrailin, Hindistanın, eləcə də Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) həmsədrliyi ilə “Rəqəmsal xidmətlərdən istifadə olunmasının fərdi məlumatların məxfiliyinə təsiri” mövzusunda konfrans, həmçinin “Texnologiya iqtisadiyyatının artan əhəmiyyəti: 5 milyard dollarlıq iqtisadiyyatda texnoloji şirkətlərin gələcəyi” və “Ağıllı sistemlər və gələcəyin iqtisadiyyatını yaradan texnologiyalar” adlı panellər, ustad dərsləri, seminarlar keçiriləcək.
Xatırladaq ki, bu il 18-ci dəfə keçiriləcək sərgi-konfrans ötən illərdə alimləri, öz sahəsində uğur qazanan startap liderlərini, infrastruktur təminatçılarını, texnoloqları və s. bir araya gətirən intellektual platformaya çevrilib.
Sərgi-konfrans haqqında ətraflı məlumatı buradan əldə etmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.