ELANLAR

3580

E-cəmiyyət üzrə 18-ci beynəlxalq konfrans keçiriləcək

02 Oktyabr 2019 - 09:10
E-cəmiyyət üzrə 18-ci beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

2-4 aprel 2020-ci il tarixlərdə Bolqarıstanın Sofiya şəhərində E-cəmiyyət üzrə 18-ci beynəlxalq konfrans (18th International Conference e-Society 2020) keçiriləcək. Tədbir informasiya cəmiyyətində narahatlıq doğuran əsas problemlərin həllinə dəstək məqsədi daşıyır və informasiya cəmiyyətinin texniki aspektləri ilə yanaşı, bir sıra digər aspektlərini də əhatə edir.

Tədbirdə e-dövlət, e-biznes, texnologiya və cəmiyyət, e-təhsil, yeni media, e-cəmiyyətdə rəqəmsal xidmətlər, e-səhiyyə, informasiya sistemləri, informasiyanın menecmenti istiqamətlərində müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransın materialları “Elsevier”, “Scopus”, “Web of Science”, “EBSCO” və s. nüfuzlu beynəlxalq bazalarda indeksləşəcək. Seçilmiş məqalələr isə “Interactive Technology and Smart Education (ITSE) journal” və “IADIS International Journal on Www/Internet”də nəşr olunacaq.  

Məqalələr 1 noyabr 2019-cu il tarixinədək qəbul olunur.

Ətraflı məlumatı esociety-conf.org saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.