Bakıda keçiriləcək “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində 21-22 oktyabr 2019-cu il tarixlərində 2-ci “Bakı Elekton Ticarət Forumu” (BEF-2019) təşkil olunacaq.
Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, eləcə də startaplar iştirak edəcəklər.
Tədbir çərçivəsində elektron ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar keçiriləcək.
İki gün davam edəcək forumda e-ticarət sahəsində liderlər, tanınmış e-ticarət və onlayn ödəniş platformalarının mütəxəssisləri və ekspertlər bir araya gələcək və bu istiqamətdə son trendlər, müsbət təcrübələr müzakirə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.