ELANLAR

4863

Big Data təhlükəsizliyi və məxfiliyi üzrə V beynəlxalq konfrans keçiriləcək

11 Dekabr 2018 - 15:38
Big Data təhlükəsizliyi və məxfiliyi üzrə V beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

27-29 may 2019-cu il tarixlərində ABŞ-ın Vaşinqton şəhərində IEEE tərəfindən təşkil olunan “Big Data təhlükəsizliyi və məxfiliyi” – “IEEE Big Data Security 2019” keçiriləcək.

cloud-conf.net saytının məlumatına görə, böyük həcmli məlumatların saxlanması, ötürülməsi və emalı üçün təhlükəsizlik və məxfiliyin təmin edilməsinə Big Data ilə bağlı bütün sahələrdə xüsusi diqqət yetirilir. “IEEE Big Data Security 2019” bu sahədə əldə olunmuş mühüm elmi nailiyyətləri bir araya toplamaq məqsədi daşıyır.

Yeni Big Data modelləri, Əşyaların İnternetində, Cloud Computing sahəsində Big Data təhlükəsizliyi və məxfiliyi məsələləri, böyük həcmli məlumatların saxlanması problemləri,·kibercinayətkarlıq, kibermonitorinq, insidentlərə qarşı reaksiya, verilənlər bazasının və verilənlərin emalı mərkəzinin təhlükəsizliyi, bulud hesablamalarında sensor şəbəkə təhlükəsizliyi, bulud və şəbəkə təhlükəsizliyi, mobil Cloud Computing,·yaşıl bulud hesablama və s. konfransın əsas mövzularını əhatə edir.

Qeyd edək ki, konfransa məqalələr 21 yanvar 2019-cu il tarixinədək qəbul edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.