ELANLAR

4198

Çoxsəviyyəli intellektual sistemlər üzrə beynəlxalq konfrans keçiriləcək

03 Dekabr 2018 - 09:00
Çoxsəviyyəli intellektual sistemlər üzrə beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

5-7 may 2019-cu il tarixlərində Yunanıstanın Krit adasında IEEE tərəfindən təşkil olunan “Çoxsəviyyəli intellektual sistemlər üzrə beynəlxalq konfrans” – “COINS 2019” keçiriləcək. Əşyaların İnterneti intellektual sistemləri üçün çoxsəviyyəli texnologiyalara həsr olunan konfrans yeni perspektivləri və gələcək tədqiqat problemlərini müəyyənləşdirir.

coinsconf.com saytının məlumatına görə, çoxsəviyyəli təhlükəsizlik gizlilik və etibarlılıq, real vaxt sistemləri, Cloud Computing, proqramlaşdırma dili və proqram təminatı mühəndisliyi, Big Data, süni intellekt, maşın təlimi, avtomatlaşdırma sistemləri, e-səhiyyə, xüsusilə blokçeyn və Əşyaların İnterneti, kiber-fiziki sistemlər, kritik sistem dizaynı, sifətin tanınması konfransın əsas mövzularını əhatə edir.

Qeyd edək ki, konfransa məqalələr 20 dekabr 2018-ci il tarixinədək qəbul edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.