ELANLAR

4424

32-ci Beynəlxalq Xarəzm Mükafatı elan edilir

04 Sentyabr 2018 - 10:23
32-ci Beynəlxalq Xarəzm Mükafatı elan edilir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyinin İran Elm və Texnologiya Təşkilatı 32-ci Beynəlxalq Xarəzm Mükafatını (BXM) (Khwarizmi International Award) elan edir.

Hər il mütəmadi olaraq təşkil edilən müsabiqənin əsas məqsədi elm və texnologiyanın müxtəlif sahələri üzrə mühüm nəticələr əldə etmiş tədqiqatçı və ixtiraçıların səylərinin qiymətləndirilməsidir.

BXM informasiya texnologiyaları, elektronika və kompüter elmləri, yaşıl texnologiyalar, sənaye və texnologiya idarəçiliyi, tibb elmləri və nanotexnologiyalar, biotexnologiyalar, kimya texnologiyaları və s. elm sahələrini əhatə edir.

Müsabiqə artıq 31 ildir ki, “COMSATS”, “ECO”, “ELSEVIER”, “ICARDA”, “IORARCSTT”, “TWAS”, “UNIDO”, “UNESCO”, “WAITRO”, “WIPO” kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Mükafat üçün namizədlər çalışdıqları elmi müəssisə tərəfindən təqdim edilə bilər. Müraciətlər ingilis dilində təqdim edilməlidir.

Mühüm tarixlər

Materialların qəbulu üçün son tarix: 20 noyabr, 2018

BXM laureatlarının elan olunma tarixi: dekabr, 2018

Rəsmi mükafatlandırma mərasimi: fevral, 2019

Əlavə məlumatı www.irost.org  saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.