ELANLAR

5339

“Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” keçiriləcək

11 İyul 2018 - 10:07
“Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

17-18 oktyabr 2018-ci il tarixlərdə Moldovanın paytaxtı Kişinyovda “III Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2018) keçiriləcək. Tədbirdə tədqiqatçılar, şəbəkə, mədəni irs və hesablama üzrə mütəxəssislər iştirak edə bilər.

EAPEC 2018-in sessiya iclasları rəqəmsal kitabxanalar, rəqəmsal irs, açıq elm üçün elektron infrastruktur və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən tədqiqatlara həsr olunacaq.

Tədbir çərçivəsində kibertəhlükəsizlik, bulud və infrastruktur xidməti (IaaS), eləcə də milli tədqiqat və təhsil şəbəkələri tərəfindən göstərilən xidmətlər üzrə seminarlar keçiriləcək. Konfransda, həmçinin bu sahədə tanınmış mütəxəssislərin məruzələri dinləniləcək, “Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim ediləcək.

Konfrans EaPConnect layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukrayna və s.) tədqiqat və təhsil cəmiyyətləri arasında əlaqə yaradılması məqsədi daşıyır.

Konfransda iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Əlavə məlumatı eapconnect.eu saytı vasitəsilə əldə etmək olar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.