ELANLAR

5390

“İnternet texnologiyaları və cəmiyyət” mövzusunda beynəlxalq konfrans keçiriləcək

19 Sentyabr 2016 - 09:00
“İnternet texnologiyaları və cəmiyyət” mövzusunda beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

6-8 dekabr 2016-cı il tarixlərdə Avstraliyanın Melburn şəhərində “İnternet texnologiyaları və cəmiyyət” (İTS 2016) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə keçirilən konfrans “İnternet texnologiyaları”, “İnformasiyanın idarəolunması”, “E-cəmiyyət və rəqəmsal fərq”, “E-biznes”, “E-kommersiya”, “E-təhsil”, “Yeni media və e-cəmiyyət”, “Elektron cəmiyyətdə rəqəmsal xidmətlər”, “E-dövlət, e-idarəçilik və e-səhiyyə”nin müxtəlif aspektlərini əhatə edən 9 əsas bölmədən ibarətdir.

Konfransa məqalələr 3 oktyabr 2016-cı il tarixinədək qəbul edilir. Təqdim olunmuş məqalələr İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın Rəqəmsal Kitabxanasında öz əksini tapacaq, o cümlədən “INSPEC”, “Elsevier”, “EI Compendex”, “Scopus”, “Thomson Reuters”, “Web of Science”, “EBSCO” kimi beynəlxalq elmi bazalarda indeksləşəcək. 

Müraciət üçün qeydiyyat formasını buradan doldurmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.