14 may 2015-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçiriləcək.
Konfransın istiqamətləri:
İnformasiya təhlükəsizliyinin siyasi, hüquqi və hərbi problemləri
İnformasiya təhlükəsizliyinin sosial-psixoloji və kulturoloji problemləri
İnformasiya təhlükəsizliyinin sosial-iqtisadi problemləri
İnformasiya təhlükəsizliyinin beynəlxalq əməkdaşlıq problemləri
Qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri
Media və informasiya təhlükəsizliyi problemləri
Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması problemləri
Dövlət sirri emal edilən kompüter sistemlərində informasiya təhlükəsizliyi
İnformasiya təhlükəsizliyinin idarə edilməsi və koordinasiya problemləri
Müasir sosial-iqtisadi sistemlərin informasiya təhlükəsizliyi
E-dövlətin informasiya təhlükəsizliyi problemləri
E-imza və e-sənəd dövriyyəsi: hüquqi, təşkilati və texnoloji problemlər
Milli kriptoqrafiya siyasətinin formalaşdırılması problemləri
E-xidmətlərin və e-kommersiyanın informasiya təhlükəsizliyi
İnformasiya təhlükəsizliyi texnologiyaları
Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həllər
İnformasiya müharibəsi texnologiyaları
İnformasiya təhlükəsizliyinin qanunvericilik bazasının təkmilləşdirilməsi problemləri
İnformasiya təhlükəsizliyi standartları və sertifikatlaşdırma
Şəbəkə və kommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi
Veb-sistemlərin təhlükəsizliyi
Bulud texnologiyalarının təhlükəsizliyi
Big Data texnologiyalarının informasiya təhlükəsizliyi problemləri
Biometrik informasiya texnologiyaları
İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi
İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi
İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri
İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri
Məruzələrin tərtibatına dair tələblər
Əvvəllər çap olunmamış və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair materiallar qəbul olunur.
Məruzə həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) çox olmamaq şərtilə elektron şəkildə infosec@iit.ab.az ünvanına təqdim edilməlidir.
Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti əks olunmalıdır.
Məruzənin formatı konfrans məqalələri üçün IEEE standartına uyğun olmalıdır. Məqaləyə ingilis dilində müəllif(lər)in soyad(lar)ı, məqalənin adı və məqalənin annotasiyası əlavə edilməlidir.
Məruzələr 10 aprel 2015-ci il tarixinədək təqdim edilməlidir.
Müəlliflərin 1 may 2015-ci il tarixinədək məruzələrin qəbulu haqqında məlumatlandırılması nəzərdə tutulur.
Konfrans məqalələri üçün IEEE şablonunu buradan yükləmək olar: Sample_IEEE
IEEE şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_AZ
Əlaqə məlumatları:
AMEA İnformasiya Texnologiyaları İnstitutu
Tel: (+994 12) 539-01-67
(+994 12) 510-42-53
E-poçt: infosec@iit.ab.az
Faks: (+994 12)539-61-21
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.