ELANLAR

4347

Nano tech 2015 – nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfransı keçiriləcək

19 Yanvar 2015 - 11:00
Nano tech 2015 – nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Yanvarın 28-dən 30-dək Yaponiyada yüksək texnologiyalar, innovasiyalar, nanotexnologiyalar kimi yeni texnologiyalar sahəsini əhatə edən Nano tech 2015 beynəlxalq sərgi-konfransı keçiriləcək.

Tokio Beynəlxalq Sərgi Mərkəzində (Tokyo International Exhibition Center (Tokyo Big Sight) keçiriləcək tədbirin təşkilatçısı “Reed Exhibitions Japan Ltd” şirkətidir.

Sərgi 2002-ci ildən “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi digər sərgilərlə birgə keçirilir. 2014-cü ildə tədbiri dünyanın 14 ölkəsindən 45 mindən artıq mütəxəssis ziyarət etmişdir. Sərgidə 427 şirkət iştirak etmişdir. Bu il isə 600 şirkətin təmsil olunması gözlənilir.

expoclub.ru saytının məlumatına görə, sərgidə yeni texnologiyalar, ixtira və innovasiyalar, elektronika, informasiya texnologiyaları, telekommunikasiya avadanlıqları, multi xidmət şəbəkələri, peyk rabitə sisistemləri, telemetrik informasiyanın toplanması və ötürülməsi sistemləri, kosmik texnologiyalar və s. təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.