İnstitutda növbəti elmi seminar keçirildi Sentyabr 29, 2014 | 04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “12.03.01 – Kompüter elmləri” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Səkinə Ağazadənin dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi. 

S.Ağazadə “Tibb müəssisələrinin idarə olunmasında informasiya sistemlərinin və texnologiyalarının araşdırılması” adlı dissertasiya işini təqdim etdi. Bildirdi ki, işin əsas məqsədi tibbi proseslərdə və səhiyyə sferasının idarə olunmasında informasiya sistemləri və texnologiyalarının təsirinin öyrənilməsi, müvafiq tövsiyələrin işlənilməsidir. Dissertasiya işində qoyulan məqsədə çatmaq üçün səhiyyə-müalicə müəssisələrinin xarakterik xüsusiyyətləri və keyfiyyət göstəricilərinin müəyyənləşdirildiyini, bu müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi üçün yeni modelin təklif olunduğunu bildirdi. 

Tədqiqat işindən gözlənilən nəticələr, onların elmi və təcrübi əhəmiyyəti məsələlərinə toxunan S.Ağazadə qeyd etdi ki, bu model İSO standartı əsasında hazırlandığına görə, hər növ səhiyyə və müalicə sistemlərində istifadəsi mümkündür.

Məruzəçi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən İKT-dən istifadəni şərtləndirən mühüm amillər, xəstəxana və xəstələr haqqında informasiyaların araşdırılması, səhiyyə xidmətlərinin göstəriciləri, qabaqcıl ölkələrdə tibbi informasiya texnologiyaları bazarının proqnozu və digər məsələlər haqqında ətraflı məlumat verdi.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Müzakirələrdə iştirak edən texnika elmləri doktorları Ramiz Alıquliyev, Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Yadigar İmamverdiyevVüqar MusayevZərifə Cəbrayılova, Şəfəqət Mahmudova, Bikəs Ağayev, Məkrufə Hacırəhimova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, şöbə müdiri Səyyar Abdullayev və digərləri mövzu ətrafında müzakirələr apardılar, iddiaçıya təklif və iradlarını bildirdilər.

Sonda göstərilən iradları nəzərə almaqla S.Ağazadənin dissertasiya işinin növbəti mərhələdə müzakirəyə təqdim olunması haqqında qərar qəbul olundu.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı