AMEA İnformasiya Texnologiyaları İnstitutunda ixtisas üzrə doktorluq imtahanı keçirildi Dekabr 16, 2016 | 12:11 / Mühüm hadisələr

16 dekabr 2016-cı il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı test üsulu ilə keçirildi.  İmtahanda 2 nəfər -  Bakı Dövlət Universitetinin dissertantı Ramin Səmədov və Sumqayıt Dövlət Universitetinin dissertantı Şəlalə Cəfərova iştirak edirdilər.

Qeyd edək ki, AMEA prezidentinin 10 noyabr 2016-cı il tarixli 626 saylı "Qış imtahan sessiyasının keçirilməsi haqqında" sərəncamına əsasən “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda  komissiya yaradılmışdır.

Komissiyanın sədri, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri - texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Fərhad Yusifov institutun elmi katibi Mədinə Səidovadır

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı