Mədinə Tacəddin qızı Səidova 1949-cu ildə anadan olmuşdur.

1972-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir.

1973-cü ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutu) mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Həmin ildən böyük mühəndis, qrup rəhbəri, şöbə müdiri, elmi katib vəzifələrinədək yüksəlmişdir. 

“RAİS-Azərbaycan” dövlət proqramı çərçivəsində respublikanın bir sıra nazirliklər və sənaye müəssisələrində müxtəlif təyinatlı avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur. 

Exlibris şirkətinin Alephino proqram məhsulu vasitəsilə elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi, yayılması ilə əlaqədar aparılan işlərə rəhbərlik edir. İnstitut əməkdaşlarının elmi əsərlərinin İntellektual İnformasiya Xidməti Sistemində yerləşdirilməsinə nəzarət, institutun əsas elmi problemləri üzrə əməkdaşları tərəfindən nəşr olunan məqalələrin xülasələrinin (ekspres-informasiyalar) hazırlanmasında yaxından iştirak edir.

2014-cü ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

11 tezisin müəllifidir.

Hazırda Elmi informasiya və elmmetriya şöbəsinin müdiri vəzifəsində çalışır. 

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.:  (+994 12) 539 83 79

Faks:              (+994 12) 539 61 21

Elektron poçt:            medinasaidova@gmail.com