AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorluq imtahanı keçirildi Dekabr 24, 2014 | 04:03 / Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı keçirildi. 

AMEA prezidenti, akademik Akif Əlizadənin 20 noyabr 2014-cü il tarixli “AMEA-da doktorluq imtahanları üzrə payız imtahan sessiyasının keçirilməsi haqqında” Sərəncamına əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində yaradılmış Dissertasiya Şurasında “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün komissiya yaradılıb. 

Komissiyanın sədri, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri - texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Rəşid ƏləkbərovYadigar İmamverdiyevRamiz Şıxəliyevdir

Bugünkü imtahanda institutun 3 dissertantı – Gülnarə Nəbibəyova, İradə Ələkbərova və Lyudmila Suxostat  iştirak edirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı