AMEA İnformasiya Texnologiyaları İnstitutunda ixtisas üzrə doktorluq imtahanı keçirildi May 30, 2018 | 03:47 / Konfranslar, iclaslar

30 may 2018-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı keçirildi. İmtahanda institutun dissertantı Hüseyn Qasımov iştirak edirdi.

Qeyd edək ki, AMEA Prezidenti, akademik Akif Əlizadənin 20 aprel 2018-ci il tarixli 182 saylı “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda komissiya yaradılmışdır.

Komissiyanın sədri, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Təhsil şöbəsinin müdiri, dosent Fərhad Yusifovdur

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı