Big Data problemləri üzrə elmi tədqiqatlar davam etdiriləcək Yanvar 16, 2017 | 03:20 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2017-cı il üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova 2017-ci ildə elmi tədqiqat, elmi-innovasiya fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Bildirib ki, elmi tədqiqat fəaliyyəti çərçivəsində böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması istiqamətində informasiya təhlükəsizliyi sahəsində Big Data texnologiyalarının multidisiplinar problemlərinin araşdırılması nəzərdə tutulur. Həmçinin müxtəlif informasiya təhlükəsizliyi obyektlərində toplanmış böyük həcmli verilənlərdə anomaliyaların aşkarlanması, milli informasiya infrastrukturuna olan DDoS hücumların aşkarlanması üçün Big Data analitikaya əsaslanan metod və alqoritmlərin işlənilməsi üzrə elmi tədqiqatların aparılması planlaşdırılır.

M.Hacırəhimova qeyd edib ki, rəqəmsal irsin saxlanmasında mövcud olan texnoloji, infrastruktur, elmi, hüquqi və s. kimi problemlərin araşdırılması, rəqəmsal irs obyektlərin saxlanması metodlarının analizi, rəqəmsal irsin itirilməsi təhlükələrinin araşdırılması, rəqəmsal irs materiallarına əlçatanlığın təşkili strategiyalarının tədqiqi də cari ildə görüləcək işlər sırasındadır.

Məruzəçi Big Data-nın ölçülməsi və qiymətləndirilməsinin metodoloji əsaslarının araşdırılması istiqamətində isə Big Data-nın əsas indikatorlarının tədqiqi, ölkələr üzrə xəritəsi, Big Data-nın ölçülməsində və proqnozlaşdırılmasında mövcud metodologiyaların tədqiqinin davam etdiriləcəyini diqqətə çatdırıb. O, böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi, verilənlər elminin (Data Science) tədrisində dünya təcrübəsinin öyrənilməsi və digər mövzular üzrə də elmi-tədqiqat işlərinin davam etdiriləcəyini vurğulayıb.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan M.Hacırəhimova bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi üzrə elmi-tədqiqatların davam etdiriləcəyini qeyd edib.

Məruzəçi şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində Avropa İttifaqının “Horizon 2020” layihəsinə Big Data məsələləri üzrə layihənin təqdim olunmasının planlaşdırıldığını söyləyib.

O, həmçinin elmi-pedaqoji fəaliyyət, innovativ layihələrin КİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, o cümlədən İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı görüləcək işləri nəzərə çatdırıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. XXI əsrin yeni çağırışı olan Big Data problemləri üzrə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsini və bu istiqamətdə tədqiqatların institutun seminarlarında müzakirəyə təqdim olunmasını tövsiyə edib.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı