İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal irsin qorunması sahəsində tədqiqatlar aparılır Noyabr 22, 2016 | 02:21 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin hesabatı dinlənildi. İnstitutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova şöbənin 2016-cı il üçün illik hesabatını təqdim edərək cari ildə elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi. Bildirdi ki, böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində Big data analitika (Big Data Analytics) və onun əsas istiqamətlərini təşkil edən mətn, video, audio və sosial media analitika, analitik nəticələrin interpretasiyası, big data analitikanın təhlükələri və s. kimi elmi-nəzəri problemləri tədqiq olunmuşdur. Eyni zamanda böyük verilənlərin arxitektur problemləri və onun əsas funksional komponentləri: verilənlərin çıxarılması (Data Extraction), verilənlər axınının emalı (Stream Processing), verilənlərin inteqrasiyası (Data Integration), verilənlərin saxlanması (Data Storage) və s. problemləri araşdırılmışdır. Neft-qaz sənayesi sektorunda böyük həcmli (terabayt, petabaytlarla) verilənlərin inteqrasiyası üçün konseptual arxitektur model işlənmişdir.

M.Hacırəhimova qeyd etdi ki, hesabat ilində böyük verilənlərin emalı mərhələləri (verilənlərin toplanması, inteqrasiyası, analizi, tətbiqi) araşdırılmış, hər mərhələdə mövcud olan problemlərin aşkarlanaraq aradan qaldırılması üçün bir sıra tövsiyələr verilmişdir, həmçinin e-kitabxana və e-tibbdə Big data-nın problemləri araşdırılmışdır.

Məruzəçinin sözlərinə görə, şöbədə Amerika, Yaponiya, Böyük Britaniya və s. kimi inkişaf etmiş ölkələrin Big Data çağırışları, o cümlədən Big Data-nın ölçülməsi üçün ilkin indikatorlar və dünya üzrə xəritəsi, bu sahədə mövcud metodoloji yanaşmalar tədqiq olunmuş və müqayisəli təhlillər aparılmışdır.

O, şöbədə elmi tədqiqat işləri çərçivəsində rəqəmsal irsin saxlanmasında beynəlxalq  təcrübənin öyrənilməsi, problemlərin araşdırılması istiqamətində də tədqiqatlara başlandığını diqqətə çatdırdı.  

Məruzəçi şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant layihəsində iştirak etdiyini diqqətə çatdırdı. Həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin КİV-də təbliği çərçivəsində gördüyü işlərdən danışdı, onların elmmetrik göstəricilərini diqqətə çatdırdı.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, məruzəçi çoxsaylı sualları cavablandırdı.

Sonda AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatını yüksək qiymətləndirərək bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə Big Data problemləri üzrə aparılan elmi-tədqiqatların səmərəliyinin artırılmasının vacibliyini vurğuladı. Həmçinin qeyd etdi ki, informasiya cəmiyyəti quruculuğu şəraitində rəqəmsal irsin qorunması problemi üzrə fundamental elmi tədqiqatların aparılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi müasir dövrün tələblərindəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı