“Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma” mövzusunda dissertasiya işi müzakirə olundu Aprel 05, 2016 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova tədbirin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra iddiaçı Möhübbət Əhmədov 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

M.Əhmədov qeyd etdi ki, tədqiqat işinin məqsədi qeyri-səlis zaman sıralarında proqnoz dəqiqliyini artırmaq üçün biliklər bazasının effektiv seçilməsi və məntiqi çıxarış mexanizmi üçün optimal implikasiyanın tapılmasıdır.

Dissertasiya işində insan biliyi və təcrübəsinin nəzərə alınması və hesablama səmərəliliyinin yüksəldilməsi baxımından linqvistik dəyişənlərə əsaslanan qeyri-səlis zaman sıralarının klassik zaman sıralarına nəzərən daha əlverişli olması tədqiq olunmuşdur. Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma probleminin həlli məqsədilə nəticəçıxarma mexanizmi kimi qeyri-səlis implikasiyanın seçilməsini nəzərdə tutan imitasiya modeli təklif edilmişdir. Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma probleminin həlli üçün təklif olunmuş yeni proqnozlaşdırma metodu ilə elektrik enerjisi istehsalının proqnozlaşdırılması məsələsi həll edilərək effektiv nəticə alınmışdır.

Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparıldı. İddiaçı çoxsaylı sualları cavablandırdı.

Dissertasiyaya dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktoru, professor İsmayıl İsmayılov və texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova çıxış edərək işin müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər, irad və təkliflərini səsləndirdilər.

Sonda dissertasiya işinin növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı