sa sa sa

Tarix Avrasiya regionuna zəngin millətlər tərkibi, mədəniyyətlər və təbii sərvətlər bəxş etmişdir. Son on il ərzində sürətli texnoloji dəyişikliklər sayəsində elektron İpək Yolunun virtual magistralı vasitəsilə Asiyanın Avropa ilə birləşməsi və regionda təşakkül tapmaqda olan biliklərə əsaslanan iqtisadiyyatın yeni mərkəzinin yaranması mümkün olmuşdur.
Avrasiya regionunun gələcəyi “rəqəmli uçurum”un aradan qaldırılması və biliklərə əsaslanan iqtisadiyyata keçidi təmin edəcək fəaliyyət siyasətindən asılıdır. Bu siyasət biliklər iqtisadiyyatının imkanlarının hamıya açıq və əlçatan olmasıını, həmçinin onun asılı olduğu informasiya infrastukturunun təhlükəsizliyini, sağlamlığını və dayanıqlığını təmin etməlidir.
Biz, rəqəmli uçurum və bilik iqtisadiyyatı üzrə Qlobal Bakı konfransının iştirakçıları,
2003-cü ildə Cenevrədə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin birinci mərhələsində qəbul olunmuş Prinsiplər Bəyannaməsini və Tədbirlər Planını bir daha təsdiq edərək: BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin tələblərinə müvafiq qaydada “rəqəmli uçurum”un aradan qaldırılması və biliklərə əsaslanan iqtisadiyyatın yaradılması məsələlərində mərkəzləşməni təqdir edərək; aşağıdakı prinsip və prioritetlər üzrə razılığa gəldik:

1. Hökumətin liderliyi və təşəbbüskarlığı
Hökumətin liderliyi bütün vətandaşların maraq və ehtiyaclarını əks etdirən milli inkişaf baxışının formalaşdırılması üçün vacibdir. İnformasiya əsrində cəmiyyətdə zəruri olan dəyişmələr geniş miqyasda milli maraqları müdafiə edə biləcək çətin seçimlərə və güzəştlərə səbəb olur. Hökumət orqanları ictimai maraqların müdafiəçisi və himayəçisi olaraq bütün vətandaşların faydalanması üçün münasib mühitin yaradılmasında aparıcı olmalıdırlar. Hökumət informasiya və kommunikasiya texnologiyalarına (İKT) inkişaf üçün vasitə kimi baxaraq ona təəssübkeşlik və sahiblik nümayiş etdirməli. İKT-nin inkişaf etdirilməsi üçün siyasi və inzibati dəstəyi təmin etməlidir.

2. Özəl sektorla gücləndirilmiş əməkdaşlıq
“Rəqəmli uçurum”la bağlı məsələlərin uzunmüddətli həllinə və davamlı bilik iqtisadiyyatının əsaslarının yaradılmasına özəl sektorun töhfəsi böyük əhəmiyyətə malikdir. Bilik iqtisadiyyatı və onun asılı olduğu infrastruktur özəl sektorun təmin edə biləcəyi təşəbbüskarlıq, yenilikçilik və risk etmək ənənəsi tələb edir. Mövcud tərəfdaşlıqdan “öyrənilmiş dərslər” və əldə olunmuş təcrübənin yayılması vacibdir və tərəfdaşlığın, o cümlədən hökümət və özəl sektorlar arasında olan tərəfdaşlığın yeni formalarının yaradılması təqdir edilməlidir.

3. Vətəndaş cəmiyyəti ilə dialoq, məsləhətləşmələr və tərəfdaşlıq
Vətəndaş cəmiyyəti ilə dialoq çox vacibdir, belə ki, biliklər cəmiyyətinin formalaşmasında bütün vətəndaşların, xüsusilə də az imkanlıların maraqları nəzərə alınmalıdır. Qlobal miqyasda təhlükələrin artdığı bir dövrdə vətəndaşların dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək hüququ qorunmalıdır ki, bu da öz növbəsində təhlükəsizliklə bağlı məsələlərin qanuniləşdirilməsində uzunmüddətli irəliləyişə, inkişafa və beynəlxalq insan hüquqları konvensiyalarına xələl gətirməsin.

4. Cəlb olunma
İKT və informasiya inqilabının yaratdığı imkanlar bütün vətəndaşlara, xüsusilə də sosial cəhətdən aztəminatlı qruplara və şəxslərə mümkün və əlçatan olmalıdır. Bu məsələdə qadınlara, həmçinin təbii və insanın törətdiyi fəlakatlərdən zərərçəkmiş, münaqişələrdən sonrakı vəziyyətlərdəki qrup və cəmiyyətlərə xüsusi diqqət yetirməlidir. Tədbirlər və siyasətlər çoxtərkibli iştirakçıların tərəfdaşlığı və hökumət, özəl sektor və vətəndaş cəmiyyəti arasında dialoq yolu ilə hazırlanmalı və biliklərə əsaslanan cəmiyyət qurulmalıdır.

5. Təhsil
Təhsil biliklərə əsaslanan iqtisadiyyyatın yaradılması üçün əsasdır. “Rəqəmli uçurum”un aradan qaldırılması və davamlı biliklərə əsaslanan iqtisadiyyyatın yaradılması təhsilə, ömürboyu təhsilə və tədqiqatlara uzunmüddətli himayə göstərilmədən mümkün deyildir. Təhsil bütün vətəndaşlar üçün mümkün və açıq olmalıdır; biliklərə əsaslanan iqtisadiyyat cəmiyyətin hər bir hissəsinin töhfələrindən asılıdır. Bilikli, təhsilli və bacarıqlı vətəndaşlar regionun rifahına və əmin-amanlığına daha çox fayda verə bilərlər. İmkan daxilində təhsildə İKT-nin istifadə edilməsinin dəstəklənməsi öz növbəsində regional və qlobal səviyyədə təhsil sahəsində beynəlxalq əməkdaşlığın və şəbəkələrin güclənməsinə xidmət edəcəkdir.

6. İnternetin idarəedilməsində
İnternet milli informasiya infrastukturlarının strateji əhəmiyyət kəsb edən hissəsidir. Bütün iştirakçılar – özəl sektor, vətəndaş cəmiyyəti və milli hakimiyyət orqanları (hansılar ki, təbiətən ictimai etimadı təmsil edir və gözlənilməsini təmin edirlər) müvafiq beynəlxalq mexanizmlər vasitəsilə bərabər və demokratik əsaslarla İnternetin idarəçiliyində iştirak etməlidirlər. İnternetin açıq və demokratik xarakterli mühit xüsusiyyəti qorunub saxlanmalıdır. Bu baxımdan biz İnternetin İdarəçiliyi üzrə işçi qrupun işini dəstəkləyirik.

7. İKT-nin inkişafının maliyyələşdirilməsi
Biliklərə əsaslanan iqtisadiyyatın verdiyi faydanın ədalətli olmasının təmin edilməsi yerli hökumət, özəl sektor və vətəndaş cəmiyyətindən müəyyən öhdəliklər tələb edir. Hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti arasında, çoxtərəfli və ikitərəfli iştirakçıların, yeni əməkdaşlığının inkişafına imkan yaradılmalıdır. Müsbət təcrübə yayılmalı, bölüşdürülməlidir və Avrasiya regionunun irəliləyişini və inkişafını təmin etmək üçün aztəminatlı sahələrə investisyalar yönəldilməlidir. Bu baxımdan biz indi mövcud olan mexanizmlərin İKT-nin inkişaf tələblərinə uyğunluğu məsələsinə baxan maliyyələşdirmə mexanizmləri üzrə işçi qrupunun işini dəstəkliyirik. Rəqəmli Həmrəylik Fondunun vəzifələri hazırkı tədbirlər və üsullar arasındakı uyğunsuzluğu həll etməklə bağlıdır vəonlar daha səmərəli maliyyələşdirmə növlərinin tapılması üçün dəstəklənməlidir. Hökumətlər öz dövlət büdcələrinə İKT üzrə xərclərlə bağlı olan xüsusi büdcə daxil etməlidirlər.

8. Mühafizə, təhlükəsizlik, məxfilik
Milli informasiya infrastrukturlarının strateji xarakterə malik olması və onların bütün müasir cəmiyyətlərin fəaliyyətinə istiqamətlənməsi-dayanıqlığa, təhlükəsizliyə və sui-istifadəyə ciddi diqqət yetirilməsini tələb edir. Viruslar və digər hallar, məsələn, spamlar kimi ziyanverici üsullara diqqət yetirilməlidir. Cinayətkarlıq qanunların mövcud olmadığı və ya texnologiyanın sürətli inkişafının cəmiyyətin ümumi nümətlərin təhlükəsizliyinin təmin edilməsi üzrə qayda və qanunların qəbul edilməsaini üstələdiyi sahələrdə həyata keçirilir. Təhlükəzisliyin təmin olunması dövlətin və cəmiyyətin maraqlarının mühafizə edilməsi üçün informasiya əsrinin tələbidir və lazımi özünütənzimləmə, milli qanunvericilik və beynəlxalq sazişlər, norma və konvensiyalar vasitəsilə təmin olunmalıdır. Fərdi məxfiliyə riayət olunması da informasiya cəmiyyətinin inkişafı üçün əsasadır. Təhlükəsizlik üzrə bütün tədbirlər Cenevrə Konvensiyasında qeyd olunmuş insan hüquqları ilə uzlaşmalıdır.

9. Əqli mülkiyət hüquqları və məzmun
Məzmunun inkişaf etdirilməsi və əqli mülikyyət hüquqları üzrə qərar çıxarılmasının açıq və beynəlxalq mexanizmin yaradılması mədəni özünəməxsusluq və fərqliliyin davamlı saxlanılması üzrə baxışların reallaşdırılması üçün vacibdir və qlobal bilik cəmiyyətinin imkanlarından faydalanmanı mümkün edir. Biz iqtisadi inkişafın sürətləndirilməsi üçün əqli mülkiyyət hüquqlarının vacibliyini, o cümlədən azad və açıq proqram təminatının və alternativ lisenziyalaşdırma qaydalarının əhəmiyyətini dərk edirik, ancaq bunlar biliklərin mübadiləsi və yayılması hüququ ilə tarazlıq təşkil etməlidir. Avropa Şurası və Avropa Birliyi tərəfindən İnformasiya Cəmiyyəitndə vətəndaşların birliyi üçün təhlükə yaradan kimi müəyyənləşdirilmiş ziyanlı məzmunlara (pornoqrafiya, rasizm) diqqət yetirilməlidir.

Qlobal Bakı konfransı İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin təşkilatçılarını yuxarıda qeyd olunan məsələlər üzrə açıq müzakirə təşkil etməyə və bu Sammitin keçirilçəsi zamanı həmin məsələlərin əhəmiyyətinin qlobal səviyyədə başa düşülməsinə yardım göstərməyə çağırır. Bu, məzmunun yaradılmasındakı müsbət təcrübə, innovasyaların tətbiq olunma hallarının nümayiş etdirilməsi və Dünya Sammiti mükafatları tərəfindən onların yaradıcılarının təltif olunması məsələlərinə də aiddir.
Qarşıdan gələn Tunis Sammitinin əhəmiyyətini nəzərə alaraq, Qlobal Bakı konfransı bütün hökumətləri, özəl sektoru, vətəndaş cəmiyyətini və beynəlxalq təşkilatları Sammitin işində və onun sərgisində fəal iştirak etməyə çağırır.
Biz bu prinsipləri qəbul və tətbiq etmək üçün hökumətlərə, vətəndaş cəmiyyətinə, özəl sektora, beynəlxalq təşkilatlara və donorlara müraciət edirik.
Biz bu prinsip və prioritetlərin 2005-ci ilin noyabr ayında Tunisdə keçiriləcək İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin yekun sənədlərində qeyd olunmasına və əks etdirilməsinə çağırırıq.

QLOBAL İKT KONFRANSI 2004

Bakı şəhəri, 25-28 noyabr 2004-cü il
27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Services
Inquire your business presence with us!
Read more
Trust our creativity and unique ideas!
Read more
Quality and colorful publish for affordable prices!
Read more
Improve IT skills and change your career!
Read more
Rich e-Library services!
Read more
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
SCIENTIFIC JOURNALS
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti