AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası və AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq:

1. AR Nazirlər Kabinetinin 2001-ci il 28 iyul tarixli 141 s nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 517) ikinci abzasında “və klaviaturada hərflərin düzümünün” sözləri çıxarılsın, “1-4” rəqəmləri isə “1-3” rəqəmləri ilə əvəz edilsin.

2. Həmin sərəncamla təsdiq edilmiş 1, 3 və 4 nömrəli əlavələrdə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1 nömrəli əlavə - “Azərbaycan əlifbasının İSO 10646 (UNİCODE) beynəlxalq standartına müvafiq standart kod cədvəli”nin “Unikod” sütununda r və s hərflərinə uyğun “0071” və “0072” rəqəmləri müvafiq olaraq “0072” və “0073” rəqəmləri ilə əvəz edilsin;

2.2. 3 nömrəli əlavə - “Azərbaycan əlifbasının ANSİ 1254 kod səhifəsinə (İSO 8859-9) müvafiq standart kod cədvəli”nin “Hex kodu” sütununda r və s hərflərinə uyğun “71” və “72” rəqəmləri müvafiq olaraq “72” və “73” rəqəmləri ilə, “Unikod” sütununda isə həmin hərflərə uyğun “U+0071” və “U+0072” ifadələri müvafiq olaraq “U+0072” və “U+0073” ifadələri ilə əvəz edilsin;

2.3. 4 nömrəli əlavə - “Azərbaycan əlifbasının OEM 857 kod səhifəsinə (Latın 5) müvafiq standart kod cədvəli”nin “Hex kodu” sütununda r və s hərflərinə uyğun “71” və “72” rəqəmləri müvafiq olaraq “72” və “73” rəqəmləri ilə, “Unikod” sütununda isə həmin hərflərə uyğun “U+0071” və “U+0072” ifadələri müvafiq olaraq “U+0072” və “U+0073” ifadələri ilə əvəz edilsin;

3. Həmin sərəncamla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan əlifbasının standart klaviatura düzümü” qüvvədən düşmüş, 3 və 4 nömrəli əlavələr isə müvafiq olaraq 2 və 3 nömrəli əlavələr hesab edilsin.

4. Müəyyən edilsin ki, kompyuter klaviaturasında hərflərin düzüm standartları Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəyi əsasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilir.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının baş naziri
Artur Rasi-zadə
7 aprel 2010-cu il
Inquire your business presence with us!
Read more
Trust our creativity and unique ideas!
Read more
Quality and colorful publish for affordable prices!
Read more
Improve IT skills and change your career!
Read more
Rich e-Library services!
Read more