president.az

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №7, maddə 657) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nun mövcud mətni 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin: 2. “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi.”

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

3.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin layihəsini və Dövlət Agentliyi işçilərinin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
3.3. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2012-ci il.

 

Inquire your business presence with us!
Read more
Trust our creativity and unique ideas!
Read more
Quality and colorful publish for affordable prices!
Read more
Improve IT skills and change your career!
Read more
Rich e-Library services!
Read more