Dissertasiya şurasının növbəti iclası keçirildi May 01, 2015 | 02:30 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclası keçirildi.

Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdim edilməsi və kuratorların təsdiqi məsələlərinə həsr olunduğunu bildirdi.

İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Lyudmila Suxostatın “Şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” və Üzeyir Qurbanlının “Gömrük işində risklərin idarə olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.

İddiaçı L.Suxostatın dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru, professor Famil Məmmədov və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, iddiaçı Ü.Qurbanlının dissertasiya işi üzrə kuratorlar isə texnika üzrə elmlər doktoru, professor Cavanşir Məmmədov və texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev təyin olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı