Dissertasiya şurasının iclası keçirildi Aprel 03, 2015 | 02:00 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki FD.01.231 Dissertasiya şurasında birdəfəlik doktorluq dissertasiyasının müdafiəsinin keçirilməsi üçün təşkil edilmiş Dissertasiya şurasının iclası keçirildi.

Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdim edilməsi və kuratorların təsdiqi məsələlərinə həsr olunduğunu bildirdi.

İclasda texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan Şahnaz Şahbazovanın “Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları” mövzusunda dissertasiya işi təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.

İddiaçı Ş.Şahbazovanın dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktorları, professorlar Məsumə MəmmədovaCavanşir Məmmədov, texnika üzrə elmlər doktoru Nadir Ağayev təyin olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı