İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi Aprel 01, 2015 | 11:30 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.

Tədbiri giriş sözü ilə açan texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova tədbirin 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Məruzəçi Mehrdad Haşemi “Qaz-lift prosesində optimal həllərin qurulması üçün paralel alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri diqqətə çatdırdı.

Bildirdi ki, dissertasiya işinin məqsədi neftçıxarma sənayesində iqtisadi nöqteyi-nəzərdən ən sərfəli metod hesab edilən qaz-lift prosesində optimal rejimin müəyyənləşdirilməsi üçün paralel hesablama texnologiyalarından istifadə edilməsidir.

M.Haşemi tədqiqat işində qaz-lift prosesində hərəkəti təsvir edən tənliklərin həllərinin tapılması üçün paralel alqoritmin işlənildiyini, təklif olunmuş paralel alqoritmlərin köməyi ilə optimal həllin tapıldığını və bu alqoritm əsasında alınmış nəticələrin adekvatlığının yoxlanıldığını qeyd etdi.

İşin elmi-praktiki əhəmiyyətindən söz açan məruzəçi hazırlanan paralel alqoritmlərin qaz-lift üsulu ilə işləyən real neft quyusu üzərində gerçəkləşdirilməsinin mümkünlüyünü dilə gətirdi.

İddiaçı dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq bildirdi ki, paralel hesablamalar iterasiyaların sayını artırmağa imkan verməklə daha dəqiq və etibarlı nəticənin əldə olunmasına səbəb olur.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Bikəs AğayevŞəfəqət Mahmudova, Məkrufə Hacırəhimova və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək, alınmış elmi nəticələri yüksək qiymətləndirdilər.

Dissertasiya işinə dair təyin olunan rəyçilər - texnika üzrə elmlər doktoru, professor İsmayıl İsmayılov və texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılovanın tədqiqat işi ilə bağlı irad və təklifləri səsləndirildi.

Sonda səsvermə keçirildi və Dissertasiya şurasının seminarının üzvləri tərəfindən dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı