444
Kiber-fiziki geosistemlərin yaradılması ilə bağlı tədqiqatlar davam etdirilir İyul 09, 2024 | 11:18 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin 2024-cü il üzrə yarımillik hesabatı müzakirə olunub. Hesabatı təqdim edən şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin 6 ay ərzindəki elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib.

O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və  inkişaf  etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi   problemləri üzrə araşdırmaların aparıldığını qeyd edib. Bildirib ki, bu istiqamətdə “Kiber-fiziki geosistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqatlar aparılır.

Məruzəçi nəzərə çatdırıb ki, yarım il ərzində şöbədə “İnternet mühitində reklam, marketing  fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə tədqiqatlar da davam etdirilib.

Sonra şöbə müdiri “Süni intellektə əsaslanan jurnalistika: problemlər və perspektivlər” mövzusunda aparılan tədqiqatlardan danışıb: “Cari ilin birinci yarısında “İnklüziv jurnalistikada süni intellekt texnologiyalarının tətbiqi”, “Jurnalistikada süni İntellekt texnologiyalarının rolu” mövzuları üzrə araşdırmalar aparılmış, məqalələr hazırlanmışdır”.

A.Səmidov nüfuzlu beynəlxalq jurnallarda nəşr olunan məqalələr, eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə də məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Multimedia Texnologiyaları Mərkəzinin 6 aylıq hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib, şöbədə aktual problemlər üzrə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı