564
Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodlar işlənilir İyul 04, 2024 | 10:29 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar davam etdirilir.

Bu barədə şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova institutun Elmi şurasının iclasında bu struktur bölmənin 2024-cü il üzrə 6 aylıq hesabatının müzakirəsi zamanı məlumat verib.

O, şöbədə İnformasiya texnologiyaları formalaşmasının elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data  analitikası  və Data  Mining problemləri üzrə görülən işlər məlumat verib. Bildirib ki, 6 ay ərzində “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” və “Big Data mühitində Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi məsələləri” mövzusunda tədqiqatlar davam etdirilmiş, məqalə və tezislər hazırlanmışdır.

M.Hacırəhimova Big data mühitində ölkənin intellektual potensialının formalaşdırılmasının konseptual əsaslarının işlənməsi, makrosəviyyədə intellektual potensialın müxtəlif göstəricilər üzrə analizi modelinin işlənməsi, “Milli  intellektual potensialın qiymətləndirilməsi metodikasının işlənməsi”, “İntellektual insan resurslarının miqrasiya problemləri”, eyni zamanda Azərbaycan Respublikasında elmi-kadrlar analitik - informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi” və digər mövzularda aparılan tədqiqatlar, əldə olunan nəticələr haqqında məlumat verib.

O, şöbədə SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən “Süni  intellekt  texnologiyalarının  tətbiqi  ilə  neft-qaz  sənayesində  onlayn platformada  idarəetmə  üçün  metod  və  alqoritmlərin  işlənməsi” qrant layihəsi çərçivəsində süni intellekt texnologiyaları  və maşın təlimi metodlarının neft və qaz sənayesində tətbiqinə dair araşdırmaların aparıldığını deyib.

Şöbə müdiri yarım il ərzində elmi-praktiki, elmi-təşkilati, elmi-ekspertiza fəaliyyəti, elmmetrik göstəriclər, kadr hazırlığı, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, eləcə də tanınmış  elmi  jurnallarda  məqalələrin  nəşri ilə bağlı məlumatları diqqətə çatdırıb. 6-sı nüfuzlu beynəlxalq, 4-ü isə Ali Attestasiya Komissiyasının siyahısına daxil olan digər jurnallarda olmaqla ümumilikdə 10 məqalənin hazırlandığını nəzərə çatdırıb. 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbədə aparılan araşdırmaların aktual elmi problemlərə həsr olunduğunu vurğulayıb, eyni zamanda tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim tədqiqat nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunmasının zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı