172
Azərbaycanda elektron kitabxanalar şəbəkəsinin formalaşdırılması problemləri və həlli yolları araşdırılır İyun 28, 2024 | 05:06 / Konfranslar, iclaslar

İnstitutun Elmi şurasının iclasında Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova bu struktur bölmənin 2024-cü il üzrə yarımillik hesabatını təqdim edib.

Məruzəçi şöbədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə tədqiqatlar aparıldığını diqqətə çatdırıb.

M.Səidova “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzusu üzrə görülən işləri diqqətə çatdırıb. Bildirib ki, mövzu çərçivəsində intellektual e-kitabxanaların səmərəli idarə edilməsində tövsiyə sistemlərinin tətbiqi məsələləri, sentiment analiz metodlarının intellektual e-kitabxanalara tətbiqi məsələləri və perspektivləri, eləcə də intellektual e-kitabxanalarda informasiya təhlükəsizliyi məsələlərinin işləndiyini diqqətə çatdırıb.

Sonra o, “Azərbaycanda elektron kitabxanalar şəbəkəsinin formalaşdırılması problemləri və həlli yolları” mövzusu üzrə beynəlxalq təcrübənin və mövcud dövlət siyasətinin araşdırıldığını qeyd edib.

Şöbə müdiri 6 ay ərzində respublika səviyyəli, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda məqalələrin çapı ilə bağlı məlumatları təqdim edib. Həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda məruzələrlə çıxış etdiklərini söyləyib.

Daha sonra elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən bəhs edən M.Səidova şöbədə “yırtıcı” və “oğurlanmış” jurnalların seçilməsi ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verib. O, institutda nəşr olunan jurnal məqalələrinə, konfrans materiallarına və s. DOI adların alınmasından bəhs edib.

Məruzəçi şöbədə beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində “Exlibris”, “Crossref”  və “Grammarly StrikePlagiarism” şirkətləri ilə əməkdaşlıq münasibətləri haqqında danışıb. Şöbə əməkdaşlarının elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev e-elmin formalaşması və elmmetriya  problemlərinin həlli istiqamətində aparılan tədqiqatlarla bağlı öz təklif və tövsiyələrini səsləndirib. Alim Azərbaycanda elektron kitabxanalar şəbəkəsinin formalaşdırılması problemlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı