781
İnstitutda Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılır Mart 11, 2024 | 12:15 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar aparan şöbənin 2024-cü il üzrə fəaliyyət planı müzakirə olunub.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi struktur bölmədə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçiriləcək tədbirlər haqqında məlumat verib.

M.Hacırəhimova cari ildə “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda aparılacaq tədqiqatlardan bəhs edib. O, ölkə səviyyəsində intellektual potensialın formalaşdırılmasının arxitektur modelinin, makrosəviyyədə intellektual potensialın müxtəlif göstəricilər üzrə analizi modelinin, eləcə də e-dövlət reyestrlərində toplanmış məlumatlar əsasında intellektual potensialın müxtəlif göstəricilər üzrə dinamikasının tədqiqi və proqnozlaşdırılması alqoritminin işlənməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Məruzəçi şöbənin əməkdaşları tərəfindən “Big Data mühitində Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi məsələləri”, “Milli intellektual potensialın qiymətləndirilməsi metodikasının işlənməsi”, “İntellektual insan resurslarının miqrasiyası məsələləri”, “Azərbaycan Respublikasında elmi kadrlar analitik-informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi”, eləcə də “İnformasiya cəmiyyəti şəraitində intellektual insan resurslarının strateji idarə olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə tədqiqatların davam etdiriləcəyini bildirib.

Cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə 14 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli 9 konfrans materialının nəşr olunmasının nəzərdə tutulduğunu söyləyib.

Şöbə rəhbəri, həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlərdən bəhs edib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin illik planı üzrə təklif və tövsiyələrini səsləndirib. Akademik Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi ilə bağlı şöbədə aparılan tədqiqatların dərinləşdirilməsinin, nəticələrin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğulayıb.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı