Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılır Dekabr 26, 2023 | 02:34 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsində rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə tədqiqatlar aparılır.

Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova institutun Elmi şurasının iclasında bu struktur bölmənin 2023-cü il üzrə hesabatının müzakirəsi zamanı məlumat verib.

M.Səidova “Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində saxta jurnalların identifikasiya metodlarının analiz olunduğunu, saxta jurnalların avtomatik identifikasiyası üçün alqoritmin, eyni zamanda, istinadlar şəbəkəsi əsasında müəlliflərin qiymətləndirilməsi üçün metodun işlənildiyini bildirib.

O, “E-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi”, eləcə də “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzuları üzrə yerinə yetirilmiş işləri diqqətə çatdırıb.

Məruzəçi cari il ərzində respublika səviyyəli, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda elmi məqalələrin nəşri ilə bağlı məlumatları təqdim edib. Həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda, seminar və simpoziumlarda məruzələrlə çıxış etdiklərini söyləyib. O, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə “Exlibris” və “Crossref” şirkətləri ilə əməkdaşlıq münasibətlərindən də bəhs edib.

M.Səidova institutun “Elmmetriya saatı”nda 16 mövzu üzrə 6 seminarın keçirildiyini söyləyib. Həmçinin, “Web of Science”, “Scopus” akademik bazalarında və “Google Scholar”da institut əməkdaşlarının elmi göstəricilərinin müqayisəli təhlil edilməsi haqda məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Elmi informasiya və elmmetriya şöbəsinin illik hesabatı ilə bağlı fikirlərini bölüşüb, şöbədə e-elmin formalaşması və elmmetriya problemlərinin həlli istiqamətində araşdırmalar aparan gənc tədqiqatçılara elmi fəaliyyətin daha da gücləndirilməsinə dair tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı