Səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsasları tədqiq olunur Dekabr 22, 2023 | 09:37 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində Səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsasları üzrə aparılan tədqiqatlar ilə bağlı hesabatı təqdim edib.

Məruzəçi 2023-cü ildə “Məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi, qərarların qəbulu” mövzusu üzrə IoT əsaslı paylanmış tibbi monitorinq sistemində sağlamlığın idarə olunması qərarlarının qəbulu, süni intellekt texnologiyaları əsasında məkan üzrə əhalinin tibbi-demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi metodunun işlənməsi, Azərbaycanın tibbi-demoqrafik profilinin müəyyənləşdirilməsi üçün statistik məlumat bazasının formalaşdırılması və süni intellekt metodları əsasında emalı ilə bağlı tədqiqatların aparıldığını bildirib.

M.Məmmədova Səhiyyə 4.0 və e-dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının konseptual modelinin işləndiyini, tibdə rəqəmsal əkizlər texnologiyalarının təhlili və tətbiqi istiqamətində araşdırmaların davam etdirildiyini söyləyib.

O, bildirib ki, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi çərçivəsində hepatosellular karsinoma (HSK) xəstəliyinin diaqnostikası üçün maşın təlimi alqoritmlərinin tətbiqi və effektiv metodun seçilməsi, eləcə də HSK-nın diaqnostikası sisteminin arxitektur texnoloji prinsiplərinin və proqram təminatının işlənilməsi istiqamətində tədqiqatlar davam etdirilmiş və sistemin sınaqları keçirilmişdir.

Professor M.Məmmədova tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri çərçivəsində maşın təlimi metodlarının tətbiqi ilə tibbi sosial mediada aktorlar arasında münasibətlərin sentiment analizinin aparıldığını, tibbi sosial media resurslarında kraudsorsinqdən alınan informasiya əsasında klinikaların fəaliyyətinin idarə olunması qərarlarının qəbulu üçün metodikanın işlənildiyini diqqətə çatdırıb.

Alim il ərzində şöbədə hazırlanan məqalə və konfrans materiallarından 5-nin “Web of Science”, 9-nun isə “Scopus” bazalarında indeksləşən nəşrlərdə çap olunduğunu bildirib.

M.Məmmədova rəhbərlik etdiyi şöbənin beynəlxalq əməkdaşlıq münasibətləri, xüsusilə rəqəmsal tibbin formalaşması və inkişafı istiqamətində GEANT Assosiasiyası, həmçinin Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın, Meksika Milli Avtonom Universiteti və Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin alimləri ilə əlaqələrin davam etdirildiyini söyləyib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev hesabata dair fikirlərini bildirib, Səhiyyə 4.0 mühitində rəqəmsal tibbin elmi-nəzəri problemlərinin araşdırılması istiqamətində Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə tədqiqatların dərinləşdirilməsinin önəmini qeyd edib. Alim şöbədə aktual elmi problemlərin həlli ilə bağlı araşdırmalar aparan gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı