Elektron Kitabxana Mərkəzinin fəaliyyəti təkmilləşdirilir Dekabr 02, 2014 | 12:07 / Konfranslar, iclaslar

Dekabrın 1-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun 12 saylı şöbəsinin 2014-cü il üzrə hesabatı dinlənildi.

Şöbə müdiri Mədinə Səidova elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, beynəlxalq konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışdı.

Məruzəçi öncə “Qeyri-səlis çoxluqlar üçün bir sinif  hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusunda dissertasiya işi müdafiə olunduğunu  və “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması metodlarının işlənməsi” mövzusunda dissertasiya işi üzrə tamamlanma işləri aparıldığını bildirdi.

Qeyd etdi ki, institutda ən müasir texnologiyalarla təchiz edilmiş E-Kitabxana Mərkəzi fəaliyyət göstərir. Kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyası quraşdırılıb. Onun sözlərinə görə, resursların meta-verilənlərinin hazırlanması, sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. O, resursların təsnifatı və predmetləşdirilməsinin ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirildiyini vurğuladı. Bildirdi ki, institut Azərbaycan Kitabxana İnformasiya Konsorsiumun üzvü kimi EBSCO, IOP kimi bir sıra elektron resurs bazalarına giriş imkanına malikdir. Onun sözlərinə görə, institut əməkdaşları IEEE, ACM kimi nüfuzlu rəqəmsal kitabxanalarına çıxış imkanları əldə edib.

Məruzəçi, həmçinin cari il ərzində şöbə əməkdaşlarının elmi-texniki konfrans və simpoziumlarda iştirak etdiyini, müxtəlif problemlərə həsr olunmuş şöbədaxili seminarların keçirildiyini və məqalələrin tanınmış elmi jurnallarda nəşr olunduğunu diqqətə çatdırdı.  

Məruzə ətrafında aparılmış müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika elmləri doktoru Ramiz Alıquliyev və sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova çıxış edərək rəy və təkliflərini səsləndirdilər. Elmi şuranın qərarı ilə hesabat qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı