Elektron təhsil mühitinin idarə olunması istiqamətində tədqiqatlar aparılır Noyabr 27, 2014 | 05:12 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 10  saylı şöbənin cari il üzrə hesabatı dinlənildi. 

Məruzə ilə çıxış edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev elmi-tədqiqat fəaliyyəti çərçivəsində aparılan araşdırmaların informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasında elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, elektron təhsil mühitinin idarə edilməsi, onun metodoloji əsasları və təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq tələblərə uyğunlaşdırılması modelinin işlənməsi ilə əlaqədar tədqiqatlar davam etdirilir.

Məruzəçi cari ildə şöbədə elmi-pedoqoji fəaliyyətlə bağlı aparılan işlərdən söz açaraq bildirdi ki, şöbə əməkdaşları tərəfindən doktorant və dissertantlara “İnformatika” fənni tədris olunmuş və fərdi kurslar üzrə imtahanın qəbulu həyata keçirilmişdir.

Elektron təhsil mühitinin idarə edilməsinin metodoloji əsaslarından danışan F.Ağayev elektron təhsil mühitinə konseptual baxışlar, intelektuallaşdırma problemləri, elektron təhsil sisteminin arxitekturası və s. istiqamətlərdə aparılan elmi araşdırmaların davam etdirildiyini bildirdi.

F.Ağayev hesabat ili ərzində şöbə əməkdaşlarının elmi-texniki konfrans və simpoziumlarda iştirak etdiyini, müxtəlif problemlərə həsr olunmuş şöbədaxili seminarların keçirildiyini və məqalələrin tanınmış elmi jurnallarda nəşr edildiyini vurğuladı.  

Müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova  iştirak edərək öz təklif və tövsiyələrini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı