İnstitutun şöbə müdirləri Fəxri Fərmanla təltif ediliblər Sentyabr 23, 2021 | 10:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının qərarı ilə AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə bölmənin Fəxri Fərmanı ilə təltif ediliblər.

İnstitutun onlayn elmi seminarında Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev fəxri fərmanları şöbə müdirlərinə təqdim etdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, M.Məmmədova və G.Nəbibəyovanın yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti ilə hər zaman seçilən alimlərdən olduqlarını vurğuladı, onları ürəkdən təbrik etdi.

Şöbə müdirləri AMEA-da elmi fəaliyyətin həmişə yüksək qiymətləndirildiyini qeyd etdilər, minnətdarlıqlarını bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı