“Elmi kadr hazırlığı” məcmuəsi işıq üzü görüb Noyabr 06, 2014 | 04:03 / Yeni nəşrlər

“İnformasiya Texnologiyaları” nəşriyyatında “Elmi kadr hazırlığı (monitorinq)” məcmuəsi işıq üzü görüb.

Yeni nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və sektor müdiri Sabirə Allahverdiyevadır.

Məcmuə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə “Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” çərçivəsində elmi monitorinqin aparılmasına informasiya dəstəyi göstərmək məqsədilə hazırlanmışdır.

Kitab 2003-2013-cü illər ərzində AMEA İnformasiya Texnologiyaları İnstitutunda respublikanın İnformatika fənnindən imtahan vermiş bütün doktorant və dissertanlarının anket məlumatlarının analitik emalı əsasında hazırlanmışdır.

Nəşrdə doktorant və dissertantların ümumi sayının illər, elmi müəssisələr, elmi istiqamətlər, yaş intervalı, cinsi mənsubiyyət və digər göstəricilər üzrə paylanmasına dair statistik məlumatlar öz əksini tapmışdır.

Məcmuə elmi fəaliyyətin təşkili, idarəedilməsi, maliyələşdirilməsi, monitorinqi və qiymətləndirilməsi sahəsində çalışan işçilər, həmçinin alimlər üçün dəyərli informasiya mənbəyidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı