İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirildi Oktyabr 28, 2014 | 04:49 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev  gündəlikdə duran məsələlər haqqında məlumat verdi. O, öncə institutun struktur bölmələrinin 2014-cü il üzrə hesabatlarının keçirilməsi haqqında çıxış etdi. Bildirdi ki, AMEA-da son zamanlar həyata keçirilən məqsədyönlü islahatlar bütün elmi qurumlarda olduğu kimi, institutda da elmi-nəzəri fəaliyyətin gücləndirilməsini daha da zəruri etmişdir. 

Bununla bağlı olaraq, aktual problemlərin aşkarlanması, dərin elmi  araşdırmaların aparılması və əldə olunan nəticələrin dünyanın nüfuzlu jurnallarında çap olunması hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulmuşdur. AMEA rəhbərliyinin Azərbaycan elminin inkişafı ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün şöbələrin fəaliyyətinin daha səmərəli, elmi əsaslarla təşkili vacib məsələlərdəndir.

Noyabr ayının sonunadək institutun struktur bölmələrinin illik fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabatların təqdim olunacağını vurğulayan alim qeyd etdi ki, hesabatlarda bütün institut əməkdaşlarının iştirakı təmin olunmalıdır.

Alim institutun şöbələrində elmi fəaliyyətin daha da gücləndirilməsi, o cümlədən beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini önə çəkdi. Ölkədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemlərinin araşdırılması istiqamətində ən aparıcı qurumlardan olan İnformasiya Texnologiyaları İnstitutunun böyük potensiala malik olduğunu vurğulayaraq, hər bir əməkdaşı yaradılan şəraitdən yararlanmağa səslədi.

Tədbirdə, həmçinin 2014-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə institutun doktoranturasına qəbul, AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi, institutdan “Gənclər üçün Prezident Mükafatı”na namizədin təqdim olunması, Elektron dövlət quruculuğu problemləriI Respublika elmi-praktiki konfransına hazırlıq işləri və digər məsələlər müzakirə olundu.

Sonda qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı