Mobil qurğulardan tez-tez istifadə vaxtından əvvəl qocalmaya səbəb olur Oktyabr 24, 2019 | 08:03 / Maraqlı məlumatlar

Kompüterlər və mobil qurğuların ekranlarından buraxılan mavi işığın uzunmüddətli təsiri qocalma prosesini sürətləndirə bilər. Mütəxəssislərin fikrincə, mavi işıq gözün torlu qişasının və beyinin hüceyrələrini zədələyir.

meddaily.ru saytının məlumatına görə, alimlər “Drosophila melanogaster” adlı meyvə milçəkləri üzərində aparılan sınaqlardan sonra bu nəticəyə gəliblər. Mütəxəssislər milçəklərin işıq diodlarının mavi işığı ilə 12 saat şüalanmaya necə reaksiya verdiklərini müşahidə ediblər. Mavi işığın qocalmanı sürətləndirdiyi məlum olub. Bu proses, hətta gözləri olmayan milçəklərdə də baş verib. Gözün torlu qişasının hüceyrələrinin və beyin neyronlarının zədələnməsi, həmçinin hərəki fəallığın pozulması qeydə alınıb.

Mütəxəssislər mavi işığı filtrasiya edən və torlu qişanı qoruyan sarı linzalara malik eynəklərdən istifadə etməyi məsləhət görürlər. Həmçinin telefonlar, noutbuklar və digər rəqəmsal qurğularda mavi şüanı bloklamaq lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı