science.gov.az portalı və ict.az saytının fəaliyyəti ilə bağlı müşavirə keçirildi Sentyabr 08, 2014 | 03:14 / Konfranslar, iclaslar

AMEA Rəyasət Heyətində AMEA-nın www.science.gov.az rəsmi portalı və İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az saytının fəaliyyəti ilə bağlı müşavirə keçirildi. 

İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev öncə www.science.gov.az portalı və www.ict.az saytının informasiya təminatı ilə əlaqədar mövcud problemlərə toxundu. science.gov.az-ın fəaliyyətinin dövlətin informasiya siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq portalın müasir informasiya tələblərinə uyğunlaşdırılmasının vacibliyini önə çəkdi. Jurnalistlərlə səmərəli işin təşkili, science.gov.az-ın informasiya siyasətinin yenidən qurulması ilə bağlı seminarın keçirilməsini tövsiyə etdi.

R.Əliquliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan mediasında informasiya təhlükəsizliyi məsələləri ilə bağlı çıxışını xatırladaraq bildirdi ki, kütləvi informasiya vasitələrində Azərbaycanın maraqlarına zidd olan, qeyri-peşəkar, qərəzli məlumatların yayılması, düzgün olmayan informasiyanın ictimaiyyətə təqdim olunması müasir mediamızın ciddi problemlərindəndir.

Alim, həmçinin ict.az saytının yeni versiyası ilə bağlı mövcud problemlərdən söz açdı. Saytın informasiya təminatının yüksək səviyyədə təşkili, İKT ilə bağlı həm ölkədə, həm də dünyada baş verən ən son yeniliklərin operativ olaraq işıqlandırılması məsələlərinə toxundu.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova science.az portalı və ict.az saytının yeni versiyalarına dair görülən işləri, mövcud problemləri diqqətə çatdırdı. AMEA-nın qurumları və əməkdaşları haqqında informasiya təminatının yeniləndirilməsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verdi, o cümlədən perspektivdə nəzərdə tutulan işlərdən söz açdı. 

Müşavirədə, həmçinin AMEA-nın qurumları tərəfindən təşkil olunan mühüm elmi tədbirlərin onlayn yayımını həyata keçirən ElmTv və institutun internet-televiziyası olan İnfoTv-nin fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının artırılması, elmi fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı