Fraktal qrafika sahəsində araşdırmalar aparılır Fevral 22, 2018 | 03:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarda şöbə müdiri Anar Səmidov fraktal qrafika sahəsində apardığı araşdırmalara dair məlumat verdi. Bildirdi ki, kompüter qrafikasının rastr, vektor, fraktal kimi növləri mövcuddur.

Məruzəçi fraktal qrafikanın ayrı-ayrı hissələrdən ibarət olduğunu söyləyərək, fraktal qrafikaya təbiət hadisələrində də rast gəlindiyini vurğuladı. Onun riyazi əsasının fraktal həndəsədən ibarət olduğunu, burada vərəsəlik prinsipi üzərində "valideynlərin" həndəsi xassələrinin obyektlərə keçdiyini diqqətə çatdırdı.

A.Səmidov memarlıq sahəsində də fraktallar nəzəriyyəsindən istifadə edildiyini bildirdi. Buraya London körpüsü, Eyfel qülləsi, Paris opera binası, Müqəddəs Pyotr kilsəsi və s. kimi nümunələrin aid olduğunu vurğuladı.

O, həmçinin, fraktal həndəsə sahəsində fəaliyyət göstərən Mandelbrot, Corc Kantor (George Cantor), Nils Fabian (Niels Fabian) və başqaları haqqında məlumat verdi. 

Sonda mövzu ətrafında geniş müzakirələr aparıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bu mövzuda riyazi üsulların tətbiqindən istifadə edərək elmi fəaliyyətin dərinləşdirilməsini, mütəmadi olaraq şöbə seminarlarının keçirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı