İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub Oktyabr 31, 2017 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Forecasting Cloudlet Development on Mobile Computing Clouds” (Mobil hesablama buludlarında cloudlet yaradılmasının proqnozlaşdırılması) adlı məqalə “International Journal of Information Technology and Computer Science” (IJITCS) beynəlxalq jurnalında dərc olunub.

Məqalədə mobil bulud texnologiyalarının inkişaf dinamikası araşdırılmış, onun üstünlükləri və istifadəsi zamanı meydana çıxan problemlər təhlil edilmişdir. Eyni zamanda bu texnologiyadan istifadə etməklə mobil avadanlıqların hesablama və yaddaş resurslarına olan təlabatın təmin edilməsi məsələləri tədqiq edilmişdir.

Həmçinin mobil hesablama buludlarında cloudlet-lərin (kiçik buludlar) yaradılmasını zəruri edən amillər araşdırılmış və cloudlet-lərin hansı baza stansiyalarının yaxınlığında yerləşdirilməsi zamanının proqnozlaşdırılması məsələsi həll edilmişdir.

Qeyd edək ki, IJTCS jurnalı “MECS Publisher” nəşriyyatı tərəfindən dərc olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı