İnformasiya iqtisadiyyatının inkişafına təsir edən amillər araşdırılıb İyun 30, 2017 | 12:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2017-ci ilin birinci yarısı üzrə hesabatlarına start verildi. İnstitutun 8 saylı şöbəsinin hesabatını təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev hesabat dövrü ərzində şöbədə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasının elmi-nəzəri əsasları üzrə tədqiqatların aparıldığını bildirdi.

Ə.Əliyev informasiya iqtisadiyyatının formalaşmasının elmi-nəzəri əsaslarının tədqiqi, informasiya iqtisadiyyatının kompozit indeksinin onun formalaşmasına təsir edən faktorlardan asılılığının araşdırılması istiqamətlərində işlərin davam etdirildiyini, informasiya iqtisadiyyatının yaşıl texnologiyalar əsasında inkişafı prosesinə təsir edən amillərin araşdırıldığını söylədi.

Məruzəçi digər tədqiqat mövzusu haqqında qeyd etdi ki, texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə model, mexanizm və alqoritmlərin işlənilməsi mövzusuna dair texnoparkların fəaliyyətinin idarə edilməsinin konseptual modeli işlənilmiş və kompleks modellər sisteminin tərkibi müəyyənləşdirilmişdir. Həmçinin texnoparkların fəaliyyətinin ekonometrik modelləşdirilməsi üzrə ilkin göstəricilər təhlil olunmuş, eləcə də onların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə kompozit indikatorlar sistemi işlənilmişdir.

Ə.Əliyev elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirdi ki, şöbə əməkdaşları cari ildə dövlət proqramlarının institutla əlaqədar müvafiq bəndlərinin icrasında və Telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsində informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak etmişdir.

Şöbə müdiri “Biliklər cəmiyyəti və İKT: problemlər, vəzifələr və perspektivlər” Respublika elmi-praktiki konfransının keçirilməsi ilə əlaqədar ilkin hazırlıq işlərinin aparıldığını vurğuladı.

Məruzəçi, həmçinin elmi-pedaqoji fəaliyyət çərçivəsində görülmüş işlərdən söz açdı. Bu istiqamətdə bakalavr və magistrlərə mühazirələr, seminar və istesalat  təcrübəsi, İnformatika” fənni üzrə doktorant və dissertantlara mühazirə və məşğələlərin keçirilməsi, doktorant və dissertantların ixtisası üzrə namizədlik imtahanlarının qəbulu və doktoranturaya qəbul prosesinin həyata keçirildiyini söylədi.

O, qeyd etdi ki, cari ilin ilk 6 ayında şöbə əməkdaşları tərəfindən 8 respublika və beynəlxalq səviyyəli elmi-texniki konfranslarda çıxışlar edilmiş, 5 məqalə dərc olunmuşdur. Məruzəçi, həmçinin cari ildə şöbə əməkdaşlarının bəzi məqalələrinin nüfuzlu bazalarda indeksləşmiş jurnallarda çap olunduğunu diqqətə çatdırdı.

Ə.Əliyev, həmçinin şöbədə elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin КİV-də təbliği, beynəlxalq əməkdaşlığın inkişafı çərçivəsində yerinə yetirilmiş işlərdən danışdı.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev yeni dövr iqtisadiyyatının elm, bilik, texnologiya və İKT-yə əsaslandığını qeyd edərək bu iqtisadiyyatın formalaşmasına təsir edən elmi-nəzəriyyə və yanaşmaların analizinin aparılmasının vacibliyini vurğuladı.

O, informasiya iqtisadiyyatına təsir edən əsas faktorlardan ÜDM-in asılılığının, iqtisadi inkişafda ekoloji faktorların təsirinin, texnoparklarda innovativ məhsul buraxılışının asılı olduğu sahə və amillərin ekonometrik modellər vasitəsilə araşdırılmasının zəruriliyini qeyd etdi. Bu sahədəki tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

Alim, xüsusilə “Web of science” bazasında indeksləşən jurnallarda elmi nəticələrin çap etdirilməsi üzrə müvafiq tapşırıqlar verdi.

Hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı