Elektron terminoqrafiyanın elmi-nəzəri problemləri araşdırılır Fevral 09, 2017 | 05:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2017-ci il üçün fəaliyyət planı müzakirə olunub. Şöbə müdiri Səyyar Abdullayev cari il üzrə fəaliyyət planını təqdim edərək informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin araşdırılması ilə bağlı yerinə yetiriləcək işlərdən danışıb. Bildirib ki, elektron terminoqrafiyanın elmi-nəzəri problemləri, yaranma zəruriyyəti, müasir vəziyyəti və problemlərinin həlli yollarının tədqiqi bu istiqamətdə görüləcək işlər sırasındadır. Məruzəçi qeyd edib ki, şöbədə, həmçinin informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin  seçilməsi, tərcümə edilməsi və təsnifi, sistemləşdirilməsi, toplanmış terminlər əsasında krossvordların hazırlanması və s. nəzərdə tutulur.

S.Abdullayev şöbənin elmi-praktiki fəaliyyəti, beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görüləcək işləri də diqqətə çatdırıb. 

O, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən şöbəyə yeni kadrların cəlb olunmasının 2017-ci ildə qarşıya qoyulan əsas hədəflərdən olduğunu vurğulayıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan dilinin saflığının qorunması, dilimizə yad sözlərin daxil olmasının qarşısının alınmasının vacib məsələlərdən olduğunu söyləyib. Ölkə rəhbərliyi tərəfindən bu məsələ xüsusi diqqət göstərildiyini qeyd edən akademik “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın da məhz Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Alim terminoqrafiya fəaliyyətinin dilimizə daxil olan yeni sözlərin toplanması və sistemləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək bu sahədə müvafiq araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb.

Sonda fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı