İnformasiya Texnologiyaları İnstitutunun doktorant və dissertantlarının attestasiyasının nəticələri təqdim olunub Oktyabr 11, 2016 | 11:43 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov Elmi Şuranın iclasında institutun doktoranturasına qəbul haqqında məruzə ilə çıxış edib. Bildirib ki, qəbul planına əsasən, İnformasiya Texnologiyaları İnstitutunda doktorantura yolu ilə fəlsəfə doktorluğu hazırlığı üzrə müvafiq ixtisaslar üzrə 3 (əyani), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 3, elmlər doktoru hazırlığı üzrə 1 yer nəzərdə tutulub.

F.Yusifov, həmçinin cari ilin iyun-iyul aylarında institutda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların attestasiyasının keçirildiyini bildirərək nəticələri diqqətə çatdırıb.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək ölkədə elmin koordinatoru olan Azərbaycan Milli Elmlər Akademiyasında yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, Akademiyada doktorantura təhsilinin yüksək səviyyədə təşkili, doktorant və dissertantların müxtəlif problemlərin həllinə yönəlmiş fundamental tədqiqatlar aparmaları üçün bütün zəruri addımların atıldığını söyləyib.

Alim doktorant və dissertantların elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələrini bildirərək qeyd edib ki, hər bir tədqiqatçı elmi problemi dərindən araşdırmağı, lazımi vasitə və metodlardan istifadə etməyi bacarmalı, dünya elmində müvafiq istiqamətlərdə aparılan tədqiqatlarla tanış olmalıdır.

R.Əliquliyev doktorant və dissertantların əldə etdikləri elmi nəticələrlə bağlı məqalələrin qəbul olunmuş qaydalar əsasında strukturlaşdırılmasının, xüsusən də məqalələrdə aktuallıq, mövcud problemlər və onların həlli yolları, təklif olunan üsullar, eksperiment və nəticələrin öz əksini tapmasının vacibliyini qeyd edib.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı