Elektron dövlət mühitində mətn sənədlərin intellektual idarə edilməsi üçün yeni model və alqoritmlər işlənilib Yanvar 22, 2014 | 04:08 / Konfranslar, iclaslar

Elektron dövlətin formalaşdırılması dövlət idarəçiliyində vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının təmin edilməsinə zəmin yaradır. Məhz bu səbəbdən bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda bu istiqamətdə elmi araşdırmalar aparılır, AR Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun rəhbərliyi altında müvafiq təşkilatlarla birgə məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə informasiya cəmiyyətinin uğurla formalaşmasına daim elmi dəstək verən AMEA İnformasiya Texnologiyaları İnstitutunda da bu istiqamətdə elmi-tədqiqatlar aparılır. 

Noyabrın 29-da institutda keçirilən Dissertasiya Şurasının növbəti iclasında müdafiəyə çıxarılan texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Məkrufə Hacırəhimovanın “Elektron dövlət mühitində mətn sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi də bu qəbil elmi tədqiqatlardandır. 

Dissertasiya işinin elmi rəhbəri AMEA-nın akademik katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, rəsmi opponentlər texnika elmləri doktoru Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru Nazlı Həsənova, aparıcı təşkilat AzTU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasıdır. 

Dissertasiya Şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə müvafiq dissertasiya işinin müdafiəyə çıxarıldığını bildirdi. 

Sonra Dissertasiya Şurasının elmi katibi texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçı ilə bağlı ətraflı məlumat verdi. Qeyd etdi ki, uzun illərdir institutda çalışan layihə baş mühəndisi Məkrufə Hacırəhimova “Elektron sənəd dövriyyəsi”, “Elektron arxiv”, “Tapşırıqların icrasına nəzarət sistemi” və digər layihələrin proqram təminatının müəllifidir. “Elektron-Azərbaycan” Dövlət proqramı çərçivəsində “E-elm” layihəsinin işlənməsində fəal iştirak edir. 30-dan çox elmi əsərin müəllifidir, elmi məqalələri dünyanın nüfuzlu jurnallarında mütəmadi olaraq dərc edilir. 

İşin aktuallığını önə çəkən iddiaçı Məkrufə Hacırəhimova bildirdi ki, informasiya cəmiyyətinin formalaşması informasiyanın emalını, ötürülməsi formalarını, informasiya daşıyıcılarında saxlanılmasını, eləcə də ona hüquqi sənəd statusu verən əsas rekvizitləri əhəmiyyətli dərəcədə dəyişmişdir. Elektron sənədin meydana çıxması ilə biznes, vətəndaş və hakimiyyət orqanları arasında informasiya mübadiləsinin yeni forması meydana çıxmışdır. Bu isə öz növbəsində elektron sənədlərin idarə edilməsi sistemlərini (ESİS) elektron dövlətin ən vacib komponentinə çevirmişdir. ESİS-in tətbiqində əsas məqsəd vahid informasiya məkanının formalaşdırılması, dövlət strukturları tərəfindən göstərilən elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, təşkilatlararası əlaqələrin sürətləndirilməsi və nəzarət mexanizminin sadələşdirilməsinə nail olmaq, dövlət, vətəndaş və biznes sektoru arasında yaranmış şəffaf əlaqə nəticəsində bürokratik əngəllərin aradan qaldırılması, kargüzarlıq fəaliyyətinin səmərəliliyinin artırılmasıdır. Mütəxəssislərin 2009-2020-ci illər ərzində informasiya həcminin 44 dəfə artacağını və sonda 35 zeta bayta (35 min ekzabayt) çatacağını proqnozlaşdırdıqlarını nəzərə çatdıran Məkrufə Hacırəhimova “informasiya yükü” probleminin ge

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı