Azərbaycan elminin koordinatoru olan Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının informasiya sisteminin konsepsiyası işlənilir Aprel 05, 2016 | 10:00 / Konfranslar, iclaslar

AMEA Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (RETƏŞ) üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin yaradılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə qeyd olunmuş sistemlərin konsepsiyalarının ilkin variantları müzakirə olundu. 

Dəyirmi masada AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri Təhmasib FətəliyevGülnarə Nəbibəyova, sektor müdiri Əfruz Qurbanova, həmçinin 16 və 3 saylı şöbələrin əməkdaşları iştirak edirdilər.

Akademik R.Əliquliyev qeyd etdi ki, bu layihələr elmin koordinasiya olunması, ölkədə bu istiqamətdə məlumat qıtlığının aradan qaldırılması və müxtəlif elmi problemlər üzrə aparılan araşdırmalar haqqında zəruri məlumatların ictimaiyyətə çatdırılması məqsədini daşıyır.

Alimin sözlərinə görə, respublikanın elmi-texniki, iqtisadi, sosial və mənəvi inkişafına yönələn fundamental və perspektiv elmi istiqamətlər üzrə araşdırılan müxtəlif elmi problemlər, həmçinin fəlsəfə doktoru və elmlər doktoru üzrə dissertasiya mövzuları haqqında məlumatlar müvafiq olaraq “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri”ndə öz əksini tapacaqdır. Reyestrlərdə toplanmış bu məlumatların analizi respublikada elmi tədqiqatların təşkilində, əlaqələndirilməsində, idarə olunmasında, qiymətləndirilməsində, büdcə vəsaitlərinin təyinatlı və səmərəli istifadə edilməsində, təkrarçılığın aşkarlanması və aradan qaldırılmasında mühüm rol oynayacaqdır.

Tədbirdə təqdimatla çıxış edən institutun proqramçısı Yusif Sadıyev yaradılan sistemin AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdiriləcəyini, AMEA-nın rəsmi science.gov.az portalından sistemlərə keçid imkanının olacağını diqqətə çatdırdı.

O, həmçinin sistemlərin funksionallığı, yaradılmasında istifadə olunacaq proqramlaşdırma dilləri və verilənlər bazaları, giriş məlumatlarının toplanması, sistemə daxil edilməsi və axtarış qaydaları haqqında ətraflı məlumat verdi.

Sonda “Elmi problemlər reyestri” və “Dissertasiya mövzuları reyestri” informasiya sistemlərinin layihələndirilməsi və istismarı ilə bağlı müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı